Avropa İttifaqı (Aİ) “Xarici təsirin şəffaflığı haqqında” qanunun tətbiqindən sonra Gürcüstan hökumətinə maliyyə yardımının tamamilə dayandırılması imkanını nəzərdən keçirir.
“İki sahil” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu "Europa Press" agentliyinə müsahibəsində Aİ-nin Xarici Siyasət Xidmətinin nümayəndəsi Piter Stano deyib.
“Biz Gürcüstan hökumətinə maliyyə yardımını dayandırmaq imkanını nəzərdən keçiririk”, - o bildirib.
Stanonun sözlərinə əsasən, Aİ Gürcüstandakı vəziyyətin inkişafından ciddi şəkildə narahatdır və hesab edir ki, bəhs olunan qanunun qüvvəyə minməsi Avropaya inteqrasiya yolunda geriyə addımdır.
Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib
Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb