Bu ilin yanvar-iyun aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 110 152 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 3,18% azdır.
Bu barədə “İki sahil” Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkətinə istinadən xəbər verir.
Məlumata görə, 2023-cü ilin müvafiq dövründə BTC vasitəsilə Türkiyə ərazisi ilə 113 774 min barel neft nəql edilib.
Qeyd edək ki, ötən il Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 228 811 min barel neft nəql edilib ki, bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 1,5% çoxdur.
Xatırladaq ki, BTC kəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarından hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir.
Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib
Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb