Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində yerləşən "Sərşəhər Məscidi" tarix-memarlıq abidəsi bərpa ediləcək.
“İki sahil” xəbər verir ki, bununla bağlı yerli Mədəniyyət Nazirliyi hazırlıqlara başlayıb.
Məlumata görə, paralel olaraq Sərşəhər meydanının giriş baş tağları bərpa ediləcək və meydan abadlaşdırılacaq. Ümumilikdə 570 kv.metrlik ərazidə gücləndirmə, rekonstruksiya və bərpa işləri aparılacaq.
"Sərşəhər Məscidi" XVIII əsrə aiddir. Məscid Nazirlər Kabinetinin 2 avqust 2001-ci tarixli qərarı ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib
Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb