Azərbaycanın işğaldan azad edilmiş Xankəndi şəhərində, eləcə də Ağdərə və Xocalı rayonlarındakı daşınmaz əmlaklar qiymətləndiriləcək.
“İki sahil” bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, proses 70 fərdi yaşayış evini, 40 qeyri-yaşayış sahəsini, 10 yaşayış binasını və 5 yarımçıq tikilini əhatə edəcək.
Xatırladaq ki, Xankəndi, Ağdərə və Xocalı Azərbaycan ordusunun 2023-cü ilin sentyabrın 19-da başlatdığı antiterror tədbirlərindən sonra nəzarətə götürülüb.
Sabirabadda fermerlər üçün pambıqçılıq üzrə maarifləndirici sahə görüşü keçirilib
Baş nazir Əli Əsədov Həştərxan vilayətinin vitse-qubernatoru – Hökumət sədri ilə görüşüb