Biləsuvarda Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən inşa ediloəcək 445 MVt gücündə Günəş Elektrik Stansiyasının tikintisinə hazırlıq işlərinin faktiki vəziyyətinin qiymətləndirilməsi və gələcəkdə bu istiqamətdə görüləcək işlərin müzakirə ilə bağlı ilk görüş keçirilib.
“İki sahil” xəbər verir ki, görüş bu gün Biləsuvar Rayon İcra Hakimiyyətində “Masdar” şirkətinin, WSP təşkilatının, Asiya İnkişaf Bankının, Asiya İnfrastruktur İnvestisiya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mütəxəssislərinin iştirakı ilə təşkil olunub.
Günəş elektrik stansiyası Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətində olan 1 454 hektar torpaq sahəsində tikiləcək.
Qeyd edək ki, “Masdar” ilə bağlanmış müqavilələrə əsasən, Biləsuvarda (445 MVt) və Neftçalada (315 MVt) iki günəş elektrik stansiyasını və Qaradağda 240 MVt gücündə bir külək elektrik stansiyası inşa ediləcək.
Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib
Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb