2024-cü ilin 7 ayında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 20 sahibkarlıq subyektinə rezident statusu verilib. Bunlardan 10-u Ağdam Sənaye Parkının, 5-i “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, 1-i Sumqayıt Kimya Sənaye Parkının, 1-i Pirallahı Sənaye Parkının, 2-si Masallı Sənaye Məhəlləsinin, 1-i Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb.
“İki sahil” xəbər verir ki, qeydiyyata alınmış rezidentlər tərəfindən sənaye zonalarına ümumilikdə 118 milyon manatdan çox investisiyanın yatırılması, 1000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Rezidentlər sənaye zonalarında fibrobeton və polistirolbeton blokların, quru inşaat qarışıqların, mikronlaşdırılmış və örtülmüş kalsitin, əhəng və perlitin, tamet daşlarının, yüksək gərginlikli elektrik enerjisinin ötürülməsi üçün müxtəlif metal elektrik dirəklərin, ortopedik matras və yumşaq mebellərin, qan depolama və test qablarının və s. məhsulların istehsalını həyata keçirəcəklər.
Qeyd. İndiyədək sənaye zonalarında investisiya həcmi 7,8 milyard manatdan artıq olan 150 sahibkarlıq subyektinə rezident statusu verilib.
Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib
Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb