Müasir dövrümüzdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı, süni intellektin imkanlarının genişləndirilməsi rəqəmsal təhdidlərin də artması ilə müşayiət olunur. Sözügedən texnoloji yeniliklər təyinatı üzrə istifadə edilmədiyi halda böyük risklərə, arzuolunmaz nəticələrə səbəb olur.
“İki sahil” xəbər verir ki, kiberdələduzluq hallarının qlobal səviyyədə vüsət aldığı bir şəraitdə son günlərdə bir sıra sosial şəbəkə seqmentlərində saxta hesablardan edilən paylaşımlar vasitəsi ilə “AzerGold” QSC-nin rəhbərliyi adından da dırnaqarası investisiya layihəsi ilə bağlı videomüraciətlər tirajlanır.
Bununla yanaşı, mesajlaşma platformalarında dövlət şirkətinin istehsal müəssisələrinin adından qruplar yaradaraq, üzvləri müxtəlif qazanc vədləri altında saxta keçidlərə yönləndirirlər. Dövlət şirkətinin işgüzar nüfuzundan sui-istifadə etməklə təşkil edilən bu cür videomüraciət və kampaniyalar heç bir reallığı əks etdirmir və əsil məqsədi vətəndaşların maliyyə vəsaitlərini ələ keçirməkdir.
“AzerGold” QSC vətəndaşları bu cür addımlara qarşı tədbirli olmağa, Səhmdar Cəmiyyətin fəaliyyəti ilə bağlı məlumatları yalnız şirkətin rəsmi informasiya resurslarından, həmçinin etibarlı mənbələrdən almağa, təqdim edilən keçidlərə daxil olmamağa çağırır. Bu kimi hallarla rastlaşdıqda, dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etməyi tövsiyə edirik.
Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib
Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb