Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
Xidmətdən “İki sahil”ə bildirilib ki, cari il avqustun 1-dək muxtar respublika ərazisində quraşdırılmış yeni nəsil NKA-ların sayı 3678 ədəd olub. Yanvar-iyul ayları ərzində belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 226,2 milyon manat təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 124,9 milyon manat və ya 2,2 dəfə çoxdur.
İndiyədək Naxçıvan Muxtar Respublikasında “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 1,7 milyon manat ƏDV məbləği geri qaytarılıb. Cari ilin yanvar-iyul aylarında istehlakçılara qaytarılan məbləğ ötən ilin eyni dövrünə nisbətən 2,1 dəfə artaraq 800,9 min manat olub.
Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib
Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb