11 avqust 2024 13:23
513

Sabirabadda evdə yanğın olub

Sabirabad rayonunun Güdəcühür kəndində ümumi sahəsi 145 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 120 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən “İki sahil”ə verilən xəbərə görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Evin qalan hissəsi, yaxınlıqdakı talvar və köməkçi tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.