11 avqust 2024 13:47
591

Naxçıvanda peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi keçirilib

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi keçirilib.

“İki sahil” xəbər verir ki, Naxçıvan şəhərinin 5 nömrəli tam orta məktəbində keçirilən imtahanda 36 namizəd iştirak edib.

İmtahanın idarə olunması üçün 1 imtahan rəhbəri və 4 nəzarətçi ayrılıb.

Qeyd edək ki, imtahan saat 10:00-da başlanıb və 3 saat davam edib.