11 avqust 2024 15:01
519

Avtomobil qəzasında xəsarət alan kişi xəstəxanada ölüb

Naxçıvanda avqustun 7-də baş verən avtomobil qəzasında xəsarət alan kişi 4 gün sonra xəstəxanada ölüb.

“İki sahil” xəbər verir ki, 1965-ci il təvəllüdlü Mahmudov Elçin Allahverdi oğlu dünən gecə saatlarında Muxtar Respublika Xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, E.Mahmudov baş-beyin əzilməsi, kəllə əsasının sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.