Göygöldə kütləvi zəhərlənmə olub.
Hadisə Toğanalı kəndində yerləşən restonların birində qeydə alınıb.
Hadisə yerinə Göygöl Rayon Polis Şöbəsinin və Təcili Tibbi Yardım briqadasının əməkdaşları cəlb olunub. Ehtimala görə, zəhərlənməyə qonaqların gətirdiyi qida səbəb olub. Zəhərlənənlərin sayı 5 nəfərdən çoxdur.
Qeyd edək ki, həmin məkan qonaqlara yemək vermir.
Faktla bağlı araşdırma aparılır.
***
Göygöldə kütləvi zəhərlənmə olub.
Zəhərlənmə restoranlardan birində qeydə alınıb.
Zərərçəkənlər təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
"Report"