11 avqust 2024 23:32
467

Şərur sakini Şahbuzda minaya düşüb

Şərur rayonundan olan çoban Şahbuzda minaya düşüb.

“İki sahil” xəbər verir ki, bu barədə "Report"un Naxçıvan bürosu məlumat yayıb.

Şahbuzun "Qanlıgöl" yaylağında Şərur rayonunun Mahmudkənd kəndinin sakini, 2005-ci il təvəllüdlü Sultanov Bəxtiyar İslam oğlu minaya düşüb.

B.Sultanov xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.