12 avqust 2024 02:20
463

Sumqayıtda avtomobil aşıb, ölən var

Sumqayıtda ağır yol qəzası olub.

Hadisə Səməd Vurğun küçəsində qeydə alınıb.

"Lexus" markalı avtomobil yolun kənarına aşıb.

Qəza nəticəsində avtomobilin sürücüsü (ad və soyadı dəqiqləşdirilir-red) hadisə yerindəcə ölüb.

Faktla bağlı araşdırma aparılır.

"Report"