Lənkəranda ayağında elektron qolbaq olan məhkum başqa cinayətdə şübhəli bilindiyi üçün saxlanılıb.
“İki sahil” xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində yerləşən dönərxanalardan birindən gecə saatlarında 1 ədəd mobil telefon və 260 manat pul, Darquba kəndi ərazisindəki dayanacaqdan isə velosiped oğurlayan İlkin Nurullazadə müəyyən edilərək saxlanılıb.
Qeyd edək ki, həmin şəxs cari ilin əvvəlində bibisinin evindən qızıl-zinət əşyaları oğurladığına görə saxlanıldığı üçün məhkəmə tərəfindən ona elektron qolbaq tətbiq edilib.
Araşdırma aparılır.