13 avqust 2024 09:46
439

AYNA: Biletim.az portalı üzərindən bilet alışı 5 dəfə artıb

Bu ilin yanvar-iyul aylarında Biletim.az portalı üzərindən 223 661 ədəd bilet alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5 dəfə çoxdur.