“Fitch” beynəlxalq reytinq agentliyi “Cənub Qaz Dəhlizi” QSC-nin (SGC) yüksək səviyyəli təminatsız avrobondlarının xarici valyutada uzunmüddətli reytinqini “BB+” səviyyəsindən “BBB-” səviyyəsinə yüksəldib.
“İki sahil” xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.
Məlumata görə, yeni reytinq səhmdar cəmiyyətinin 2026-cı ilə qədər dövriyyədə olacaq 2 milyard ABŞ dolları məbləğində avrobondlarına görə tam və vaxtında ödənişlə bağlı dövlətin verdiyi qeyd-şərtsiz, subordinasiyasız və geri alınmaz zəmanəti əks etdirir. Nəticədə “Fitch” istiqrazların reytinqini Azərbaycanın uzunmüddətli defolt reytinqinə (IDR) bərabər hesab edir.
Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib
Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb