“Fitch Ratings” beynəlxalq reytinq agentliyi tərəfindən İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) fəaliyyətinin yenidən qiymətləndirilməsi həyata keçirilib.
İKZF-dan "İki sahil"ə bildirilib ki, agentliyin qiymətləndirməsinə əsasən, fondun uzunmüddətli xarici və yerli valyutada reytinqi “BB+” səviyyəsindən “BBB-” səviyyəsinədək yüksəldilib. Bu, Azərbaycanın suveren reytinqinin yüksəlməsindən sonra baş verib.
“Fitch”in mövqeyinə görə reytinqin ölkə reytinqinə bərabər “BBB-” səviyyəsində (proqnoz “stabil”) təsdiq olunması fond ilə dövlət arasında möhkəm əlaqənin olması və onun əlverişli mənzil təminatı, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsini asanlaşdırmaqla biznes mühitinin inkişafında mühüm strateji əhəmiyyətindən irəli gəlir.
Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib
Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb