Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2023-cü ili 35,552 milyon manat mənfəətlə başa vurub.
"İki sahil" Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 45,9 % çoxdur.
Ötən il DSMF-nin dövlət icbari sığortası üzrə alınmış vəsaitlərdən gəlirləri 41,113 milyon manat (əvvəlki ilə nisbətən 6,6 % çox), idarəetmə xərcləri üçün dövlət büdcəsindən ayırmaları (digər gəlirləri) 103,597 milyon manat (16 % çox), dövlət icbari sığortası üzrə xərcləri 16,018 milyon manat (71,9 % çox), köhnəlmə və amortizasiya xərcləri 5,611 milyon manat (11,3 % çox), əməkhaqqı, maaş və əlaqəli xərcləri 88,748 milyon manat (19,5 % çox), ümumi inzibati xərcləri 11,573 milyon manat (2,6 % çox), faiz gəlirləri 19,794 milyon manat (əvvəlki il olmayıb), dəyərsizləşmə ehtiyatı üzrə xərcləri 2,469 milyon manat (əvvəlki il olmayıb), sair xərcləri isə 4,532 milyon manat (25,9 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə DSMF-nin aktivləri 7 milyard 908,717 milyon manat olub ki, bu da illik müqayisədə 33,9 % çoxdur. Hesabat dövründə Fondun öhdəlikləri 33,6 % artaraq 7 milyard 820,868 milyon manata, balans kapitalı isə 68 % artaraq 87,849 milyon manata, o cümlədən nizamnamə kapitalı 10% artaraq 5,5 milyon manata çatıb.
Sabirabadda fermerlər üçün pambıqçılıq üzrə maarifləndirici sahə görüşü keçirilib
Baş nazir Əli Əsədov Həştərxan vilayətinin vitse-qubernatoru – Hökumət sədri ilə görüşüb