Cari ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 1 821,2 mln. manat xərclənib.
"İki sahil"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici 2023-cü ilin müvafiq dövrünün göstəricisini 6,8% üstələyib.
Xatırladaq ki, ötən il Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən avtomobil benzini və dizel yanacağına 3 063,4 mln. manat xərclənib, bu da illik müqayisədə 8,1% artım deməkdir.
Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.
Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib
Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb