Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İctimai Birliyi (AİKTSA) arasında Anlaşma Memorandumu imzalanıb.
"İki sahil" bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, səmədin əsas məqsədi informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və bu istiqamətlər üzrə ictimai etimadın artırılmasında birgə fəaliyyətin təşkil edilməsidir.
Əməkdaşlıq çərçivəsində sözügedən sahələr üzrə məlumat mexanizminin formalaşdırılması, birgə təlim, seminar, konfrans, təşviqat tədbirləri və layihələrin keçirilməsi, eləcə də beynəlxalq layihələrin təşkili çərçivəsində gələcək əməkdaşlıq imkanlarının müzakirəsi planlaşdırılır.
Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib
Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb