14 avqust 2024 09:17
588

Qubada yol qəzası olub, ölən var

Qubada 20 yaşlı oğlanı avtomobil vuraraq öldürüb.

“İki sahil” xəbər verir ki, Şamail Yakubov idarə etdiyi "Mercedes" markalı avtomobillə 2004-cü il təvəllüdlü Fərid Eldarovu vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.