14 avqust 2024 10:41
430

DİN: Avqustun 13-də 3,9 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Avqustun 13-də polis əməkdaşları narkotik vasitənin aşkar edilməsi üçün əməliyyat keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən (DİN) "İki sahil"ə verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 3,9 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb.

“Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir”, deyə DİN-in məlumatında bildirilib.