Bu ilin yanvar-iyul aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 23 milyard 869 milyon kubmetr qaz nəql edilib.
"İki sahil"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,5 % azalma müşahidə olunub.
Hesabat dövrünə qazın nəqlinin 56,2 %-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.
Bu kəmərlə 13 milyard 423,3 milyon kubmetr qaz ötürülüb. Bu, 2023-cü ilin 7 ayı ilə müqayisədə 5,4 % çoxdur.
Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib
Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb
SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb