Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 7 milyard 508 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib.
"İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 % çoxdur.
Son bir ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 0,2 % artaraq 3 milyard 836 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 1,5% artaraq 3 milyard 671 milyon manat olub.
Avqustun 1-nə kimi qarğıdalı da daxil olmaqla tarlalardan 2 milyon 935,5 min ton və yaxud ötən ilin eyni dövrünə nisbətən 1,2 % çox dənli və dənli paxlalı bitkilər, 1 milyon 245,7 min ton (0,2 % çox) tərəvəz, 598,6 min ton (10 % az) kartof, 429 min ton (10,3 % çox) bostan məhsulları, 331,1 min ton (5,1 % çox) meyvə yığılıb.
7 ay ərzində ölkədə diri çəkidə 331,2 min ton ət, 1 milyon 312 min ton süd, 1 milyon 385,9 milyon ədəd yumurta, 14,2 min ton yun, 239,4 ton barama istehsal olunub. İllik müqayisədə ət istehsalı 1,3 %, süd istehsalı 0,5 %, yumurta istehsalı 6,2 % artıb, yun istehsalı 1,6 %, barama istehsalı 32,9 % azalıb.
Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib
Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb
SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb