Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 1 248,2 kq qızıl, 1 906,8 kq gümüş istehsal edilib.
"iki sahil"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, qızıl istehsalı 2023-cü ilin yanvar-iyul aylarının göstəricisindən 5,6 %, gümüş istehsalı 20,1 % az olub.
Ötən 7 ay ərzində Azərbaycanda mis konsentratının istehsalı 112 ton olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 94,6 % azdır.
Bu ilin avqustun 1-nə ölkədə 105,6 kq qızıl, 79,9 kq gümüş ehtiyatı yaranıb. Mis konsentratının ehtiyatı isə bu ilin avqustun 1-nə 25,9 ton təşkil edib.
Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib
Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb
SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb