Cari ilin yanvar-iyul aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 23 869 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 0,5% azalma müşahidə olunub.
Dövlət Statistika Komitəsindən "İki sahil"ə verilən məlumata görə, qaz nəqlinin 56,2%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.
Bu boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir.
Belə ki, hesabat dövründə bu kəmərlə 13 423,3 mln. kubmetr qaz ötürülüb (5,4%-lik artım).
Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib
Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb
SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb