Cari ilin yanvar-iyul aylarında Azərbaycanda neft kəmərləri ilə 22 771 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 1,32% çoxdur.
Dövlət Statistika Komitəsindən “İki sahil”ə verilən məlumata görə, nəqletmənin 75,4%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 17 167 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 2,5% azdır.
Hesabat dövrü ərzində BTC kəməri ilə nəql edilmiş neftin 81,3%-i və ya 13 952,5 min tonunu Azərbaycanda hasil edilən neft, 18,7%-i və ya 3 214,5 min tonunu (10,5% artım) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
Hesabat dövrü ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,6%-i və ya 24 950,9 min tonunu Azərbaycanda hasil edilən neft, 17,4%-i və ya 5 240,7 min tonunu (2,7% artım) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib
Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb
SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb