2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanda 2524 ədəd minik avtomobili, 290 ədəd isə yük avtomobili istehsal edilib.
"İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtomobili istehsalı 35.3%, yük avtomobili istehsalı isə 42.2% artıb.
Qeyd edək ki, cari ilin avqust ayının 1-i vəziyyətinə hazır məhsul ehtiyatı müvafiq olaraq 373 ədəd minik, 62 ədəd isə yük avtomobili təşkil edib.
Xatırladaq ki, bu dövrdə ölkədə 352 ədəd traktor istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22.1% azdır.
Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib
Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb
SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb