Bu ilin yanvar-iyul aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 1 226,6 mln. manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən “İki sahil”ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 69,1%, rezin və plastik kütlə məmulatlarının istehsalı 25,3%, kimya sənayesi məhsullarının istehsalı isə 8,2% artıb.
Məlumata görə, kimya sənayesi məhsullarından karbamid istehsalı 94%, metanol istehsalı 13,2%, azot istehsalı 0,9%, rezin və plastik kütlə məmulatlarından polietilendən başqa, digər plastmas kisələr və çantalar istehsalı 3,0 dəfə, məsaməli plastik kütlədən sair plastinlər, lövhələr istehsalı 60,4%, polietilendən kisə və çantalar istehsalı 41,9%, plastmas butulkalar, flakonlar və oxşar məmulatlar istehsalı isə 21,3% artıb.
Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib
Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb
SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb