Avqustun 29-da "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “AGBank” ASC-nin, sentyabrın 5-də isə ləğv prosesində olan "Texnika Bank" ASC-nin 5 daşınmaz əmlakın satışı üzrə hərraclar keçiriləcək.
“İki sahil” xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.
Məlumata görə, söhbət “AGBank”a məxsus Gəncə şəhəri, Nizami rayonu, Seyid Əzim Şirvani küçəsindəki dəyəri 200 min manat olan 312,4 kv.metrlik fərdi yaşayış evindən və "Texnika Bank"a məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A ünvanındakı dəyəri 542 min manat olan 2 ədəd, yenə də həmin ünvandakı dəyəri 525 min manat və 505 min manat olan qeyri-yaşayış sahələrindən gedir.
Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib
Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb
SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb