Azərbaycanda dəniz nəqliyyatı ilə 2024-cü ilin yanvar-iyul aylarında daşınmış yüklərin həcmi 4 905,7 min ton təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,2% azalıb.
Dövlət Statistika Komitəsindən “İki sahil”ə verilən məlumata görə, hesabat dövründə daşıınan yüklərin 48,6%-i neft yükləri təşkil edib.
Məlumata görə, dəniz limanları tərəfindən 8 059,2 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 6 449 min tonunu və ya 80%-i tranzit yüklər təşkil edilib. 2024-cü il avqust ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 350,4 min ton olub.
“Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2023-cü ilin müvafiq dövrünə nisbətən 23,6% artaraq 15,7 min nəfər olub”, - məlumatda qeyd olunur.
Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib
Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb
SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb