Bu ilin yanvar-iyul aylarında Azərbaycanda metro nəqliyyatı (Bakı metropoliteni – red.) ilə 130 103,4 min sərnişin daşınıb, bu da illik müqayisədə 4,7% çoxdur.
Dövlət Statistika Komitəsindən "İki sahil"ə verilən məlumata görə, ötən ilin müvafiq dövründə qeyd olunan göstərici 124 311 min nəfər təşkil edib.
Xatırladaq ki, Bakıda metropolitendə xətlərin uzunluğu 40,7 kilometrə, sayı 3-ə, stansiyalarının sayı isə 27-ə bərabərdir. Hazırda Bakı metropolitenində konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına əsasən, 2030-cu ildə paytaxtın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.
Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib
Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb
SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb