15 avqust 2024 22:00
325

10 yaşlı uşağı traktor vuraraq öldürüb

Şəmkirdə 10 yaşlı uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

“İki sahil” xəbər verir ki, hadisə rayonun Keçili kəndində qeydə alınıb.

Kənd sakini, 2014-ci il təvəllüdlü Rəvan Əsgərovu traktor vurub. O, aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.