16 avqust 2024 11:19
388

Bakıda keçmiş məhkum 15 min manatlıq dələduzluğa görə tutulub

Səbail RPİ-nin 8-ci Polis Bölməsinə bir nəfərin aldadılaraq 15000 manatının alınması barədə məlumat daxil olub.

“İki sahil” xəbər verir ki, bu barədə DİN-dən bildirilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş E.Bağırov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.