16 avqust 2024 12:20
754

Ötən gün təhvil verilən və aşkar edilərək götürülən silahların sayı açıqlanıb

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, avqustun 15-də polis əməkdaşları Bakı və rayonlarda 1 tapança, 7 tüfəng, 3 qumbara, 2 alışdırıcı və 30 müxtəlif çaplı patron təhvil götürüblər.

Həmin gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 qumbara, 4 tüfəng və 18 patron aşkar edilərək götürülüb.