16 avqust 2024 12:31
512

Mənzildə baş verən partlayış nəticəsində şəxsin ölməsi faktı ilə bağlı araşdırma aparılır

Avqustun 16-da saat 11 radələrində 1958-ci il təvəllüdlü Truxin Sergey Valentinoviçin Sumqayıt şəhərində yaşadığı mənzildə əl qumbarasının partlaması nəticəsində aldığı xəsarətlərdən ölüb.

“İki sahil” xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.