18 avqust 2024 22:48
548

Kəlbəcərdə yaşayış üçün nəzərdə tutulan çadır yanıb

Kəlbəcər rayonunun Zəylik kəndində yanğın hadisəsi qeydə alınıb.

Təsərrüfatla məşğul olan vətəndaşlardan birinə məxsus, yaşayış üçün nəzərdə tutulan çadır yanıb.

Yanğın nəticəsində xəsarət alan olmasa da, çadır içərisindəki əşyalarla birgə tamam yanıb.

Hadisənin səbəbləri araşdırılır.

"Report"