Milli Hidrometeorologiya Xidmətinin avqustun 19-u saat 9:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə olunub. Gündüz bəzi yerlərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb.
“İki sahil” xəbər verir ki, Xidmətin məlumatına görə, düşən yağıntının miqdarı Lənkəranda 6 mm, Astarada 2 mm, Cəlilabad, Daşkəsən, Gədəbəy, Gəncə, Qobustan, Sabirabad, Biləsuvar, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.
Şərq küləyi arabir Culfada 18 m/s-dək güclənib.
Şəmkir, Qrız, Lerikdə duman müşahidə olunub.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 34, Aran rayonlarında 33, dağlıq rayonlarda 21 dərəcəyədək isti qeydə alınıb.