19 avqust 2024 21:58
467

Qusar sakini odlu silahla qətlə yetirilib

Qusar rayon sakini qətlə yetirilib.

“İki sahil” xəbər verir ki, rayon sakini 1981-ci il təvəllüdlü R.Əhmədovun meyiti tapılıb.

Meyitin üzərinə baxış keçirilən zaman onun odlu silahdan açılan atəş nəticəsində öldüyü məlum olub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Cinayət törədən şəxsin və ya şəxslərin axtarışları davam etdirilir.

Qeyd edək ki, R.Əhmədovun iki gün əvvəl evdən çıxaraq geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.