20 avqust 2024 11:10
355

Bakıda qəza baş verib, sıxlıq yaranıb

Bakının Nərimanov rayonunda baş verən qəza sıxlığa səbəb olub.

Bu barədə "İki sahil"ə NİİM-dən məlumat verilib.

Bildirilib ki, Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb.