20 avqust 2024 12:23
426

FHN-nin itkin düşən keçmiş əməkdaşı güllələnərək öldürülübmüş

Qusarda Fövqəladə Hallar Nazirliyinin keçmiş əməkdaşı öldürülüb.

“İki sahil” xəbər verir ki, bir neçə gündür itkin kimi qeydiyyata alınan 1981-ci il təvəllüdlü Əhmədov Ramiq Radik oğlunun meyiti tapılıb.

Onun güllələnərək öldürüldüyü məlum olub.

FHN-dən Trend-ə bildirilib ki, Ramiq Əhmədov əvvəllər Fövqəladə Hallar Nazirliyində çalışıb və öz arzusu əsasında vəzifəsindən azad olunub.