20 avqust 2024 18:48
592

Müğənni Sevda Sanaliyevanı təqib etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müğənni Sevda Sanaliyevanın bir nəfər tərəfindən təqib edilməsi ilə bağlı müraciəti araşdırılıb.

“İki sahil” xəbər verir ki,  bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.

Vurğulanıb ki, həmin şəxs müəyyən olunaraq polis orqanına dəvət edilib.

"Araşdırmanın nəticəsinə əsasən həmin şəxs saxlanılıb. Barəsində protokol tərtib edilib. Baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndəriləcək", - məlumatda qeyd olunub.