Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti qaydalarını pozduğu üçün “LADA” markalı avtomobilin sürücüsünə “saxla” işarəsi verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “İki sahil”ə verilən məlumata görə, sürücü A. Süleymanov tibbi müayinədən keçirilən zaman onun narkotik vasitələrdən istifadə etdiyi də məlum olub.
Onun barəsində toplanmış materiallar qərar verilməsi üçün məhkəməyə göndərilib.
Azad olunmuş ərazilərdə 40-dək şəxs üçün kiçik ailə biznesləri yaradılıb - FOTO