21 avqust 2024 10:33
419

Sumqayıtda yol qəzasında 19 yaşlı sürücü ölüb

Sumqayıtda iki maşın toqquşub, 19 yaşlı sürücü ölüb.

“İki sahil” xəbər verir ki, hadisə 17-ci mikrorayon ərazisində qeydə alınıb.

Hərəkətdə olan iki maşın toqquşub. Qəza nəticəsində 2005-ci il təvəllüdlü Mirzəyev Cavidan İsmayıl oğlu ölüb.

Fakt araşdırılır.