21 avqust 2024 12:24
370

Xırdalanda terminalı sındırıb pul oğurlayan şəxs saxlanılıb

Xırdalanda usta işlədiyi obyekdən oğurluq edib.

Bu barədə "İki sahil"ə DİN-in Mətbuat Xidməti məlumat verib.

Bildirilib ki, avqustun 19-u saat 17 radələrində Xırdalan şəhərində yerləşən marketlərin birində quraşdırılmış ödəmə terminalının sındırılaraq 550 manat oğurlanması barədə polisə məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində hadisəni törətmiş marketi təmir edən usta Xalid Xubalıyev saxlanılıb.