21 avqust 2024 13:08
387

Rüşvətə görə tutulan müdirin cəzası azaldılıb

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq həbs edilən Cəlilabad rayon Dövlət Arxivinin müdiri İskəndərov Toğrul Çapar oğlunun verdiyi kasasiya şikayətinə baxılıb.

“İki sahil” xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsəsan T. İskəndərovun cəzası 4 il 3 aydan 3 il 6 aya endirilib.

Xatırladaq ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Toğrul İskəndərov 5 il və Bağır Şirəliyev isə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bağır Şirəliyev Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş cəzanı çəkməsi himayəsindəki - 22 noyabr 2016-cı il təvəllüdlü uşağı 14 yaşına çatmasınadək, yəni 22 noyabr 2030-cu il tarixə kimi təxirə salınıb.

Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti qismən təmin edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 mart 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə əsasən, Toğrul İskəndərovun Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə məhkum edilməsinə dair hissədə ləğv edilib. Onun Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetmədiyinə görə Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə bəraət verilib. Həmin hökmdən Toğrul İskəndərovun Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə və cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsinə dair müddəalar xaric edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 mart 2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə təyin edilmiş 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası və Cinayət Məcəlləsinin maddəsi ilə təyin edilmiş 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə həmin Məcəllənin 66.3 və 66.4-cü maddələrinə əsasən qismən toplanılsın və ona cinayətlərin məcmusu üzrə qəti olaraq 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 mart 2023-cü il tarixli hökmü ilə onun Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə məhkum edilməsinə dair hissədə ləğv edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 mart 2023-cü il tarixli hökmü Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən Bağır Şirəliyevin Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə məhkum edilməsinə dair hissədə ləğv edilib. Təqsirləndirilən şəxs2 Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetmədiyinə görə Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə bəraət verilib. Həmin hökmdən Bağır Şirəliyevin Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə və cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsinə dair müddəalar xaric edilib. Onun üzərində yalnız Cinayət Məcəlləsinin 32.5, 311.1-ci maddəsi ilə təyin edilmiş 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 mart 2023-cü il tarixli hökmü Bağır Şirəliyevin apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılıb. Ali Məhkəməsinin qərarına əsasən, dövlət kassasiya protesti qismən təmin edilib. Belə ki, Toğrul İskəndərovun Cinayət Məcəlləsinin 311.1 və 32.3,320.1-ci maddələri, Bağır Şirəliyevin isə Cinayət Məcəlləsinin 32.5,311.1-ci maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin hökmü kassasiya protestinə əsasən dəyişdirilib. Həmin şəxslərin “Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən, təqsirliliyi sübuta yetmədiyinə görə Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə bəraət verilsin” hissəsi dəyişdirilərək, “Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən, əməldə cinayət tərkibin olmadığına görə Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə bəraət verilsin” sözlər ilə əvəz edilib. Hökm qalan hissədə kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılıb.