21 avqust 2024 13:10
444

Bu ilin altı ayı ərzində ölkə ərazisində 36 partlayış hadisəsi baş verib

Bu ilin altı ayı ərzində ölkə ərazisində baş verən 36 partlayış hadisəsi nəticəsində 22 nəfər həlak olub.

“İki sahil” xəbər verir ki,  bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 2024-cü ilin I yarımilliyi ərzində respublika ərazisində 36 partlayış hadisəsi baş verib ki, bu da 2023-ci ilin I yarımilliyi ilə müqayisədə 11 hadisə və ya 44% çoxdur. Partlayışlar zamanı 22 nəfər həlak olub, 65 nəfər isə xəsarət alıb.