21 avqust 2024 13:38
416

Üç nəfəri aldadıb bank kartlarını soydular - Bakıda kiberdələduzluq

Bakı şəhərində kiberdələduzluq faktı qeydə alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, paytaxt sakini olan 3 şəxs aldadılaraq bank hesabları və kartlarından 1500 manata yaxın maddi vəsait oğurlanıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməllərini törətmiş şəxslər Ü.Qasımov və A.Əhmədov müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalar davam etdirilir.