Laçında 1 tondan artıq yabanı çətənə bitkisi yandırılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan "İki sahil"ə verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları "Xaş-xaş 2024" planına uyğun olaraq digər qurumlarla birgə tədbir keçiriblər. Tədbir zamanı Güləbird kəndinin ərazisində Həkəri çayının sağ sahilində yabanı halda bitən çəkisi 1 tondan artıq 7035 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.
Azad olunmuş ərazilərdə 40-dək şəxs üçün kiçik ailə biznesləri yaradılıb - FOTO